Qazma baltası Qazma zamanı istifadə edilən kəsici alətdir. Geoloqlar qazma yeri barədə qərar qəbul etdikdən sonra növbəti mərhələ quyu gövdəsi açmaqdır. Qazma baltası torpaqda fırlanaraq süxuru dəlir və kənara çıxarır. Müasir qazma baltaları müxtəlif formada və ölçüdə istehsal olunur. Hazırda istifadə edilən ən sadə qazma baltası konusşəkilli diyircəkli baltadır. Hər konusvari ucluq ayrılıqda fırlanaraq suxura yeriyir.
Qazma baltasında olan müştüklər qazma mayesini və ya qazma məhlulunu təzyiqlə vurmağa, beləliklə şlamı yuyaraq səthə çıxarmağa imkan verir.
Hidrosiklon separator Laydan hasil olunan xam neftin tərkibində qum və digər bərk lazımsız hissəciklər ola bilər. Bu hissəciklərin neftdən təmizlənməsi üsullarından biri də, onun burulğan və ya hidrosiklon separatorundan istifadə etməkdir.
Tәrkibindә neft daşıyan hissəciklər separatorun üst kamerasına daxil olur. Separatorun forması neftin burulğandakı hava kimi spiral şəklində hərəkət etməsinə şərait yaradır. Hissəciklər kənarlara tərəf hərəkət edərkən fırlanma hərəkəti nefti “burulğanın” (hidrosiklonun) mərkəzində saxlamaqla, mərkəzdənqaçma qüvvəsi əmələ gətirir. Təmizlənmiş neft separatorun üst kamerasından kənara xaric olunur.
Fontan armaturu adlanan kompressor istismarı üçün quyuağzı avadanlığı siyirtmələr dəstidir, tamamlanmış quyudan axan mayeyə nəzarət məqsədilə istifadə edilir.
Bir qədər təsəvvürümüzü işlətsək, bu avadanlığın fontana və ya şam ağacına oxşadığını görərik. Quyunun boru sistemi fontan armaturuna birləşdirilir. Təbii qaz havadan yüngül, eləcə də həddindən artıq təzyiq altında olduğuna görə nasosun yardımı olmadan quyu ilə yuxarı hərəkət edir. Şam ağacındakı siyirtmə və ştuserlər təbii qazın axınına nəzarət edir. Ştuser axını tənzimləmək üçün kiçik dəliyi olan qurğudur. Bəzi siyirtmələr təbii qaz axınından nümunə götürmək imkanı verir. Təzyiqölçən cihazlar qazın axma təzyiqini göstərir. Qaz fontan armaturundan çıxdıqdan sonra sahədəki digər texnoloji emal avadanlığına ötürülür.



